Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
29 yanvar 2020 | 20:00
30.01.2020-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev ötən il ərzində qəsəbədə görülmüş işlər barədə ümumi məlumat verdikdən sonra Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov hesabat məruzəsi ilə çıxış etdi.
Daha sonra Bakıxanov Bələdiyyəsinin sədri Ramis Nəsibov 2019-cu il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər. Sakinlərin müraciət və təklifləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.