Sabunçu rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirildi
29 yanvar 2020 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsi və “Stimul” Hospitalın birgə təşkilatçılığı ilə 30.01.2020-ci il tarixdə rayonun Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Stimul” Hospitalın işçi heyəti və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri iştirak edirdilər.
İlk olaraq qonaqlar 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində müxtəlif peşələrə yiyələnmiş gənclərin hazırladıqları əl işlərinə baxış keçirdilər.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının muavini Rəna Fərəcova bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini və 1997-ci ildə imzalanan Sərəncamla 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan olunduğunu vurğulayan R.Fərəcova hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm soyduğunu qeyd etdi.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov gənclər siyasətinin ölkənin prioritet istiqamətlərindən biri olduğunu bildirərək gənclərin müxtəlif sahələrdə əldə etdikləri uğurlardan söz açdılar.
Sonra 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin istedadlı gəncləri hazırladıqları musiqili proqramla çıxış etdilər.
Tədbirin sonunda Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən nərd və şahmat yarışlarında fərqlənən gənclərə diplom və hədiyyələr təqdim olundu.

Əttraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1495247033971595