Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” adlı qanvermə aksiyası keçirildi

20 fevral 2020 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Sabunçu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 21.02.2020-ci il tarixdə Sabunçu qəsəbəsi 12 saylı şəhər poliklinikasında talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət  çəkən xəstələrə kömək məqsədi ilə “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qanvermə aksiyası keçirildi.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatı, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələri, xidmət səhələri, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Bakı Gənclər Mərkəzi, Sabunçu Gənclər Evi, 4 saylı Bakı ASAN Xidmət mərkəzi və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, YAP Sabunçu Rayon Təşkilatının üzvləri olmaqla ümumilikdə 600-dən çox insan könüllü iştirak etmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bu mühüm aksiyanın uğurla təşkil olunması üçün yaradılan şəraitlə tanış olaraq qanvermə aksiyasında könüllü iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Keçidlər