Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar ehsan süfrəsi açıldı
23 fevral 2020 | 20:00
24.02.2020-ci il tarixdə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Miracle” restoranında faciə qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açıldı.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu Rayon Təşkilatının sədri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi, Pirşağı bələdiyyə sədri, Pirşağı qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalılar, şəhid ailələri və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak edirdilər.
Xocalı soyqırımında amansızlıqla qətlə yetirilənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərin ruhuna dualar oxundu.