Könüllülər Memorial Soyqırım muzeyi ilə tanış oldular
23 fevral 2020 | 20:00
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Sabunçu Rayon İcra Hakimiyyəti və 4 saylı Bakı ASAN Xidmət mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar 24.02.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və 4 saylı Bakı ASAN Xidmət mərkəzində könüllü kimi fəaliyyət göstərən gənclər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyi ilə tanış oldular.
Tarixi sənədlər, foto və video materiallar, erməni qəsbkarlarının hərbi cinayətləri barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət yerli ədəbiyyatla zəngin olan Memorial muzey könüllülərdə geniş təəssürat yaratdı və könüllülər erməni faşistlərinin qəddar cinayətləri və qətliamları barədə ətraflı məlumat əldə etdilər.