Sabunçu rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir
Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən başlayaraq respublikamızın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Bununla əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlər kollektivlər və ərazilər nəzərə alınmaqla tərtib olunmuş xususi qrafiklər üzrə aparılır. Tibbi müayinənin mütəşəkkil qaydada keçirilməsi məqsədi ilə əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunmuşdur. Fevralın 17-dən etibarən rayon üzrə 122820 nəfər insan müayinələrdən keçmiş, onlardan 9972 nəfər ambulator, 624 nəfərə isə stasionar müalicə təyin edilmişdir. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, həkim göstərişinə uyğun olaraq müvafiq diaqnostik müayinələrdən keçirlər.
Ölkə başçısının verdiyi bu tapşırıq, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Qeyd edək ki, rayonda əhalinin dispanserizasiyası may ayının 1-dək davam edəcək.