Sabunçu rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu
06 mart 2020 | 20:00
07.03.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Sabunçu rayon Komitəsinin sədri Şəms Əsədova, Ramana, Balaxanı, Zabrat və Nardaran bələdiyyə sədrləri və Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan qadın əməkdaşlar iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq xanımları bayram münasibətilə təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı. A.Vəliyev qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınların ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışdığını vurğulayan A.Vəliyev bugün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqda öz şəxsi keyfiyyətləri, bacarığı və əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini bildirdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Avtandil Hüseyn-zadə və Rəna Fərəcova çıxış edərək bütün qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Sabunçu rayon Komitəsi tərəfindən xanımlara gül və hədiyyələr təqdim olundu.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1528941857268779