Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

22 mart 2020 | 20:00
  Koronavirus (COVİD-19) və digər infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər aparılmaqdadır.
  Sabunçu Rayon İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 100 nəfərdən ibarət işçi qrupu lazım olan avadanlıqlarla təmin edilmişdir.
  Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə rayon ərazisində davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində rayondakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davamlı aparılır.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1540430702786561
 
Keçidlər