Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir

25 mart 2020 | 20:00
   Koronavirus - COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
   Rayonun bir çox qəsəbələrində xüsusi nəqliyyat vasitələri ilə (Maştağa qəsəbəsi - H.Heybətov, M.Şəfai, Seyid İbad Ağa küçələri və qəsəbədə yerləşən istirahət parkı, Nardaran qəsəbəsi - Abşeron küçəsi, Mirzə Fətəli Axundzadə və Xətai küçələri, Bilgəh qəsəbəsi - Azərbaycan qadını, Üzeyir Hacıbəyov küçələrində) daşınan suyun tərkibinə xüsusi dərman preparatları və dezinfeksiyaedici məhlullar əlavə edilərək dezinfeskiya işləri aparılıb.
  Eyni zamanda infeksiyanın yayılması hallarının qarşısının alınması üçün müvafiq tapşırıqlara əsasən rayonda ümumi sahəsi 2.3 ha olan Heydər Əliyev Parkında, ümumi sahəsi 78000 kv.m olan yollarda (Bakıxanov qəsəbəsində yerləşən Sülh, R.Qəmbərov, S.Mehmandarov, S.Cabbarov, M.Hacınski, Ə.Ağayev, M.Fətəliyev, S.Qocayev, N.İsmayılov, Ş.Kamilov, O.Əfəndiyev, L.Məmməbəyova, R.Axundov küçələrində), 32320 nəfər sakinin yaşadığı 504 yaşayış binaları və 996 giriş hissələrində, 248 lift kabinalarında, 33 söhbətgahlarda, ümumi sahəsi 102500 kv.m olan 61 ticarət mərkəzi və ictimai iaşə obyektlərində dezinfeskiya işləri həyata keçirilib.
   Qeyd edək ki,  gündəlik olaraq  rayon üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib və gücləndirilmiş iş rejiminə keçirilib.
Keçidlər