Sabunçu rayonunda tənha yaşayan ahıl sakinlər ziyarət olundu
25 mart 2020 | 20:00
Ölkədə koronavirus (COVİD – 19) pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə dəstək çərçivəsində 26.03.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bələdiyyələrin birgə təşkilatçılığı ilə rayon ərazisində infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı tənha yaşayan sakinlər ziyarət olundu, onlara müxtəlif ərzaq məhsulları, lazımi tibbi ləvazimatlardan ibarət bağlamalar paylanıldı və sosial-məişət qayğılarının həlli istiqamətində müvafiq işlər görüldü.
Bununla yanaşı, vətəndaşlara xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verildi.
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1543563322473299