Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronovirus (COVİD – 19) pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirmə işləri davam etdirilir

30 mart 2020 | 20:00
   Koronovirus (COVİD – 19) pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə dəstək çərçivəsində Sabunçu rayonunda genişmiqyaslı dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir.
   İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə elan olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri tərəfindən mütəmadi olaraq vətəndaşlar arasında maarrifləndirmə işləri aparılır, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və  Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmək tövsiyə edilir.
   Qeyd edək ki, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılmış, o cümlədən, məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqların və  idman-əyləncə qurğularının istifadəsinə də  qadağa qoyulmuşdur.
 
Keçidlər