Şriftin ölçüsü :

Saytın rəngi :

11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirildi.

31 may 2024 | 13:23
31.05.2024-cü il tarixdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdiri  Raqif Zamanov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqları sektorunun əməkdaşı Azər İsalı,  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov, Pirşağı qəsəbə Mədəniyyət Evinin direktoru Fərid Əliyev, “Care Group” MMC-nin rəhbəri Elnarə Şahbazzadə, “İnkişafa doğru” imkansız ailələrə sosial yardım və hüquqi maarifləndirmə İctimai Birliyi və “Red hearts” fondunun nümayəndələri iştirak edirdilər.
İlk olaraq qonaqlar internat məktəbinin direktoru Gülnarə Abdullayeva ilə birlikdə şagirdlərin xarici ölkələrdə  idman sahəsində qazandıqları nəaliyyətlər, qızlardan ibarət voleybol komandanın oyunu, məktəbin həyətyanı sahəsində hazırlanmış xüsusi qayğıya ehtiyacı olan şagirdlərin əl işlərindən-filoqrafiya (izonit), taxta oyma, dulusçuluq, xalçaçılıq, qurama, təkəldüz, mozayka-keramikadan ibarət guşə ilə tanış oldular. “Təbiətin  dostları” dərnəyinin hazırladıqları məhsullar da qonaqlarda xüsusi maraq yaratdı.
Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
Tədbir internat məktəbinin şagirdlərinin təqdimatında bədii hissə ilə davam etdi. Pirşağı qəsəbə Mədəniyyət Evi tərəfindən təşkil edilmiş konsert proqramı da uşaqların sevincinə səbəb oldu.
Keçidlər