Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsində AAY Dövlət Agentiyi və fərdi sahibkarlar tərəfindən yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımları paylanıldı

17 aprel 2020 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun bütün qəsəbələrində olmaqla yanaşı o cümlədən Sabunçu qəsəbəsindədə karantin rejimi dövründə ehtiyacı olan ailələrə ərzaq yardımları edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və rayon ərazisində fəaliyyət göstərən bir çox fərdi sahibkarlar tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, o cümlədən karantin rejimində sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət bağlamalar paylanılmaqda davam edir.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Keçidlər