Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Balaxanı qəsəbəsində fərdi sahibkarlar tərəfindən yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımları paylanıldı

22 aprel 2020 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun bütün qəsəbələrində olmaqla yanaşı o cümlədən Balaxanı qəsəbəsindədə karantin rejimi dövründə ehtiyacı olan ailələrə ərzaq yardımları edilir.
Rayon ərazisində fəaliyyət göstərən bir çox fərdi sahibkarlar tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, o cümlədən karantin rejimində sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət bağlamalar paylanılmaqda davam edir.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Keçidlər