Sabunçu rayonunda koronavirusla bağlı onlayn müşavirə keçirilib
01 may 2020 | 20:00
02.05.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında koronovirus (COVİD – 19) pandemiyasına qarşı mübarizə çərçivəsində onlayn iclas-müşavirə keçirilib.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri və Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan Rayon İçra Hakimiyyətinin başçısı Adil Vəliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırıb.
İçra başçısı daha sonra bildirib ki, bütün rayon üzrə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə ərzaq sovqatlarının paylanması mütəmadi olaraq həyata keçirilir. Həmçinin rayon ərazisində müntəzəm olaraq koronavirus infeksiyasına qarşı genişmiqyaslı dezinfeksiya və maarifləndirmə işləri güçləndirilmiş şəkildə davam etdirilir.
Onlayn müşavirədə Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri pandemiya dövründə görülmüş işlərlə bağlı hesabat vermişlər.
Bakı şəhərində karantin dövrünün may ayının 31-dək uzadılmasını nəzərə alaraq, Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ərazi dairələri üzrə nümayəndələrə ədalətlilik prinsipini əsas tutularaq aztəminatlı ailələrə yardım göstərilməsi, pandemiya şəraitində karantin məhdudiyyətlərinə əməl edilməsi, əhali arasında sosial izolyasiya tədbirlərinə riayət olunmasını və eləcədə müşavirədə qaldırılan məsələlərin operativ həlli barədə müvafiq tapşırıqlar verildi.