Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirildi

01 iyul 2020 | 20:00
   02.07.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında koronovirus (COVİD – 19) pandemiyasına qarşı mübarizə çərçivəsində onlayn iclas-müşavirə keçirildi.
   Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.
   Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırmışdır.
   Həmçinin A.Vəliyev bildirmişdir ki, pandemiya ilə mübarizənin ilk günündən  etibarən Sabunçu rayon ərazisində zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülür.
   Rayon İcra Hakimiyyətinin başçısı onu da nəzərə çatdırmışdır ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətində izolyasiya tədbirləri davam etdirilməli, gigiyena qaydalarına əməl olunmalıdır. Əhali ilə maarifləndirmə işləri davamlı olaraq gücləndirilmiş rejimdə aparılmalıdır.
 
Qeyd:
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hərkəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.
 
Keçidlər