Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

03 iyul 2020 | 20:00
Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər keçirilir.
Bununla əlaqədar olaraq Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon ərazisində reyd keçirib.
Reyd zamanı qoruyucu maska taxmayan və karantin qaydalarını pozan vətəndaşlar aşkarlanıb. Rayon İcra Hakimiyyətinin başçısı onlarla profilaktik söhbətlər edib, vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı xüsusi qaydalarına ciddi riayət etmələrinin vacibliyini vurğulayıb.
Sakinlərə habelə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, qalmaları ilə bağlı tələblər izah edilib.
Həmçinin rayon ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə 35 mobil qrup yaradılmışdır. Pandemiya ilə mübarizə çərçivəsində yaradılmış mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyəti başçısı aparatının, yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllüləri də daxil edilmişdir. Mobil qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tibbi maskanın istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə əhali arasında təbliğat və təşviqat işləri aparılır.
Keçidlər