Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir

05 iyul 2020 | 20:00
   Ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaradılmış 11 mobil qrup tərəfindən reydlər davam edir.
   Mobil qrupların üzvləri tərəfindən qəsəbədə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur və koronovirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər paylanılır. Həmçinin, tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan, yaşayış yerini icazəsiz  tərk edən vətəndaşlar, həmçinin tələb olunan qaydalara riayət etmədən fəaliyyət göstərən obyektlər aşkarlanaraq xəbərdarlıq olunur və Rayon Polis İdarəsi tərəfindən barələrində qanunamüvafiq qaydada tədbirlər görülür.
   Qeyd edək ki, xüsusi karantin rejimi dövründə mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.
 
Keçidlər