Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun qəsəbələrində koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam edir

04 avqust 2020 | 20:00
Sabunçu rayonunun qəsəbələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə yaradılmış mobil qrup tərəfindən mütəmadi olaraq reydlər aparılır.
Mobil qrupların üzvləri tərəfindən qəsəbələrdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur və koronovirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər paylanılır.
Həmçinin rayon ərazisində vətəndaşların daha çox istifadə etdiyi bankomatların, onlayn ödəmə terminallarının, ictimai iaşə obyektlərinin və ərzaq mağazalarının önünə koronavirus (COVID-19) xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr vurulur.
Keçidlər