Şriftin ölçüsü :

Saytın rəngi :

“12 avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə həyata keçirilən “Gənclərin Onlayn Yay Məktəbi” layihəsinin açılış görüşü keçirildi

05 avqust 2020 | 20:00
06.08.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə “12 avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə həyata keçirilən “Gənclərin Onlayn Yay Məktəbi” layihəsinin açılış görüşü keçirildi
İlk olaraq açılış nitqi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova layihədə iştirak hüququ qazanan gənclərə uğurlar arzulayaraq dünyanı ağuşuna alan koronovirus (COVİD -19) infeksiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələr və maarifləndirmə işlərində gənc könüllülərin uğurlu iştirakından söz açdı. Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin  baş direktoru Rəvanə Həşimova pandemiya şəraitində həyata keçirilən bu kimi layihələrin gənclərin şəxsi inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Sonda Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev xüsusi təqdimatla çıxış edərək “Gənclərin Onlayn Yay Məktəbi” layihəsi  barədə iştirakçılara ətraflı məlumat verdi və gəncləri maraqlandıran sualları cavablandırdı.
Qeyd edək ki, “Gənclərin Onlayn Yay Məktəbi” layihəsinin keçirilməsində məqsəd gənclərin asudə vaxtının-yay tətilinin səmərəli təşkili, gənclərin sosial və fərdi inkişafına təkan vermək və gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılmasıdır.
Layihəni uğurla başa vuran #gənclər Sabunçu Gənclər Evi tərəfindən sertifikatla təltif olunacaqlar.
 
 
Keçidlər