Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda yerləşən çimərliklərin ərazisində Covid-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

07 avqust 2020 | 20:00
   Sabunçu rayonunda yerləşən ictimai çimərliklərdə karantin rejiminə uyğun olaraq müvafiq işlər aparılır. Bununla əlaqədar vətəndaşların qaydalara əməl etməsi üçün bütün çimərliklərdə sosial məsafənin qorunması və gigiyena qaydalarına riayət olunması ilə bağlı məlumat lövhələri quraşdırılıb. Eyni zamanda çimərlik ərazilərində yerləşən duş kabinlərinin girişi, çətirlərin daxilində yerləşdirilmış oturacaqlar, tullantılar üçün nəzərdə tutulmuş konteynerlər və digər yerlər mütəmadi olaraq dezinfeksiya edilir.
   Bundan əlavə olaraq Sabunçu rayonunun qəsəbələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə yaradılmış mobil qrup tərəfindən çimərliklərdə işləyən qruplarla maarifləndirmə işləri aparılaraq müvafiq təlimatlar verilib.
 
Keçidlər