Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində yaşayan ahıl sakinlər arasında stolüstü idman yarışları keçirildi

16 avqust 2020 | 20:00
   14.08.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində yaşayan ahıl sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə stolüstü idman yarışları keçirildi.
   Yarışlardan sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman baş İdarəsinin rəisi  Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi  Rakif Əliyev “ZOOM” platforması üzərindən  Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində yaşayan ahıl sakinlərlə virtual görüş keçirərək qalibləri təbrik etdilər.
   Sonda Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktoru Samirə Mehtiyeva qalibləri Sabunçu Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif etdi.
 
Keçidlər