Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

10 sentyabr 2020 | 20:00
   Zabrat qəsəbə nümayəndəliyi tərəfindən qəsəbənin Salatın Əsgərova, Rza Təhmasib, Abdulla Şaiq və Aşıq Ələsgər küçələrinin sonunda açıq sahəyə atılmış məişət tullantıları, tikinti qalıqları xüsusi texnika və işçi qüvvəsinin köməkliyi ilə təmizlənmişdir.
   “AZERSU ” ASC tərəfindən Barat Şəkinskaya, Murad Mirzəyev, Salatın Əsgərova, Rza Təhmasib küçələrinin su təchizatını yaxşılaşdırılması üçün yeni su xəttinin inşasına başlanmışdır.
   " Bakı Abadlıq Xidməti " MMC tərəfindən Cəlil Cəlilov küçəsində yerləşən XVIII əsrdə salınmış kənd məzarlığının tarixi abidə kimi qorunması məqsədi ilə abadlıq işləri davam etdirilir. Həmçinin Zabrat-Kürdəxanı şosesi, Nəriman Nərimanov, 1 May, Mirzəağa Əliyev, 20 Yanvar, Qurban Bayramov, Mübariz İbrahimov, Xavər Vəliyev və Nəsibə Zeynalova küçələrinin işıqlandırılması üçün ilkin qazıntı işlərinə başlanılmışdır.
   “İlk İnşaat” tərəfindən Bakı-Pirşağı-Bakı dəmir yolu xəttinin alt hissəsindən keçən Cəlil Cəlilov küçəsi ilə Ələsgər Ələkbərov küçəsinin kəsişməsində avtomobillər üçün tunelin inşası davam etdirilir.
  “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “ tərəfindən Nəcəf Bəy Vəzirov küçəsi (900 metr) Bəxtiyar Vahabzadə küçəsinin bir hissəsi (500 metr) və Zivərbəy Əhmədbəyov küçəsinin bir hissəsi (200 metr) əsaslı təmir edilmiş, Züleyxa Seyidməmmədova küçəsinin (570 metr) əsaslı təmirinə başlanmışdır.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1690919101071053
Keçidlər