Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

17 sentyabr 2020 | 20:00
   "Balakhani Operating Company" tərəfindən qəsəbənin Xurşudbani Natavan küçəsində vətəndaşlar tərəfindən atılmış məişət və digər tullantılardan təmizlənərək mövcud antisanitar vəziyyət aradan qaldırılmışdır. Həmçinin payız-qış aylarında güclü yağan yağışlar zamanı subasmanın qarşısının alınması məqsədilə qəsəbədə mərkəzləşmiş kanalizasiya xətlərinin axıdıldığı gölün qarşısı xüsusi texnika vasitəsi ilə təmizlənərək, daşınmışdır.
   "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən Əmir Bağırov, 2 Aprel, Dilqəm Kişvəri küçələrində küçə işıqlarının çəkilişi zamanı yararsız hala düşmüş piyada səkilərinə yeni asfalt örtüyü çəkilərək bərpa edilmişdir.
  Sabunçu rayon Kommunal Təsərrüfat Birliyi tərəfindən Firudin bəy Köçərli (keçmiş Yusif Qasımov küçəsi) küçəsində yol kənarları alaq otlarından təmizlənmiş, torpaq tökülərək abadlaşdırılmış, daş hasarlar yenilənmiş, küçə boyu evlər, hasarlar rənglənmiş və yol kənarında yığılmış tullantılar xüsusi texnika ilə daşınmışdır.

 

Keçidlər