Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

20 sentyabr 2020 | 20:00
   “ Bakı Abadlıq” tərəfindən qəsəbənin Haqverdiyev, Vəli Vəliyev, Xanlar, C.Cabbarlı və Zərdabi küçələrində təmirə ehtiyacı olan divarlar sökülərək yenisi ilə əvəzlənir və suvanır. Evlərin üstündə olan yararsız fasadlar dəyişdirilir, F.Köçərli, Yeni Ramana küçələrində divarlar rənglənərək abadlaşdırılır.
   Vəli Vəliyev və Zərdabi küçələrində “Azərsu” ASC tərəfindən kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Ramana qalasına gedən yol yenilənir və abadlaşdırılır. Eyni zamanda, qəsəbənin S.Vəliyev, F.Köçərli, A.Səhhət və Şuşa küçələrində küçə işıqları çəkilir.
   Qəsəbənin 9-cu mədən küçəsində Rayon İcra Hakimiyyəti ilə birgə “Balakhani Operating Company” tərəfindən yaşayış məntəqəsinin ətrafında yaranmış neft sularının axıdılmasından yaranan göl qurudularaq təmizlənmişdir.
Bundan əlavə qəsəbədə  M.Ə.Sabir küçəsi ilə keçən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nə aid kanala atılan məişət tullantıları təmizlənərək ərazidən kənarlaşdırılmışdır.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1699517530211210
Keçidlər