Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

25 noyabr 2020 | 20:00
   Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər davamlı olaraq həyata keçirilir.
   Növbəti reyd Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİHB aparatının və rayonun hüquq mühafizə orqanlarının məsul əməkdaşları tərəfindən Bakıxanov, Sabunçu və Zabrat qəsəbələrində fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq satışı mağazalarında keçirilmişdir.
   Reyd zamanı ictimai iaşə obyektləri və ərzaq satışı mağazalarının kassalarında, bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin və tibbi maskadan istifadənin vacibliyi bir daha xatırladılıb.
Keçidlər