Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri arasında “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinə başlanıldı

07 yanvar 2021 | 20:00
   Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinə başlanılmışdır. Müsabiqənin rayon mərhələsinin təşkili məqsədilə 08.01.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova və rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorlarının iştirakı ilə onlayn iclas keçirilmişdir. İclası giriş sözü ilə açan Rəna Fərəcova çıxış edərək bildirmişdir ki, müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin şərtləri barədə geniş məlumat verən R.Fərəcova bildirmişdir ki, şagirdlər təyin olunmuş müddət ərzində qeyd edilən mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə edə bilərlər. Qeyd olunmuşdur ki, xüsusi Komissiya tərəfindən təhlil olunaraq seçiləcək referatlar rayon üzrə onlayn şəkildə təşkil olunacaq geniş elmi-praktik konfransda şagirdlər tərəfindən təqdim olunacaqdır.
Daha sonra rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları müsabiqənin şagirdlər arasında böyük marağa səbəb olacağını vurğulayaraq əlavə fikir və təkliflərini irəli sürdülər.
 
Keçidlər