Qalib Xalq Qalib Liderini seçdi
12 fevral 2024 | 10:56
7 fevral 2024-cü il keçirilən növbədənkənar prezident seçkilərində müzəffər Ali Baş Komandanımız, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev 92 faizdən çox səslə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçillmişdir.
30 ildən sonra fevralın 7-də Azərbaycan xalqı ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş müstəqil dövlətinin ilk prezident seçkilərini keçirdi. Bu seçkilərində Prezident İlham Əliyevə, Qalib xalqın Qalib liderinə səs verdilər.