Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənayenin inkişafı üçün yeni imkanlar yaranır

21 yanvar 2021 | 20:00
Prezident İlham Əliyev ölkə başçısı kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Bir qayda olaraq bu çağırış da edilir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən təbii ki, ölkəmizin demoqrafik vəziyyətidir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.
Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf edir. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, Azərbaycan  sosial sahəyə də çox böyük diqqət göstərir. Milyardlarla dollar həcmində ölçülən bu layihələr, təşəbbüslər niyyətimizi, düzgün siyasətimizi göstərir.
Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu kimi hallar isə öz növbəsində   yeni iş yerlərinin  yaradılmasına, işsizlik həddinin azalmasına öz müsbət təsirini göstərir.
Qarşıdakı illərdə işğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlardan səmərəli istifadə edilməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcəkdir.
 
Əliyev Tahir, Bakı Fəhləsi Maşınqayırma zavodu ASC-nin sədri
Keçidlər