Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri arasında keçirilən “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinin ilkin seçim mərhələsi başa çatdı

21 yanvar 2021 | 20:00
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsində iştirak hüququ əldə edən məktəblilərin ilkin seçim mərhələsi başa çatdı. Şagirdlər təyin olunmuş müddət ərzində qeyd edilən mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etdilər. İlkin seçim mərhələsi müddətində müsabiqə üçün xüsusi təşkil olunmuş Komissiya tərəfindən elmi rəhbərlərinin də iştirakı ilə onlayn şəkildə dinlənilən şagirdlər hazırladıqları referatlar üzrə maraqlı çıxışlar nümayiş etdirdilər. Nəticədə xüsusi tədqiqat bacarığı ilə fərqlənən 10 məktəbli Komissiya tərəfindən seçilərək 26.01.2021-ci il tarixdə Sabunçu rayonu üzrə onlayn şəkildə təşkil olunacaq elmi-praktik konfransda iştirak hüququ əldə etdilər. Yekun mərhələ çərçivəsində onlayn şəkikdə dinlənilərək seçiləcək məktəblilər isə rayonu Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda təmsil edəcəklər.
Qeyd edək ki, müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
Keçidlər