Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin Sabunçu rayonu üzrə yekun mərhələsi başa çatdı

26 yanvar 2021 | 20:00
   Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi başa çatdı. Layihə çərçivəsində 26 yanvar 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi və Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, müsabiqənin yekun mərhələsində iştirak hüququ qazanan məktəblilər və onların elmi rəhbərlərinin iştirakı ilə onlayn formatda keçirilən geniş elmi-praktik konfransda uğurla çıxış edən məktəblilər arasından Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cəbrayılzadə Nurlan İlham oğlu “Vətən müharibəsi - Qarabağın azad olunması”,  Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ağayeva Azərin Yalçın qızı “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri” mövzusu üzrə çıxışları ilə fərqlənərək layihənin Bakı şəhəri üzrə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazandılar.
   Şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzu edirik!
Keçidlər