Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin fəal iştirakçıları mükafatlandırıldı

27 yanvar 2021 | 20:00
 28.01.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsində fəal iştirak edərək rayon üzrə yekun mərhələdə iştirak hüququ əldə edən məktəblilərə hədiyyələr təqdim olundu və müsabiqə üçün xüsusi təşkil olunmuş Komissiya üzvləri olan müəllimlər Fəxri Fərmanla təltif edildilər.
   Qeyd edək ki, layihə gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
Keçidlər