Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər” Gənclər Forumu çərçivəsində gənclərlə ilk görüş uğurla baş tutdu

29 yanvar 2021 | 20:00
30.01.2021-ci il tarixdə 200-ə yaxın gəncin iştirakı ilə onlayn formatda keçirilən forumun qonaqları Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev gəncləri salamlayıb açılış etdikdən sonra söz spikerlərimizə verildi 
“Zəfər” Gənclər Forumunun ilk gününün spikerləri-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov və “Voice of Karabakh” Platformasının həmtəsisçisi Aqşin Hüseyni oldu.
Canlı yayım müddətində iştirakçılar spikerlərə suallar ünvanlayıb onlara ətraflı cavablar aldılar.
Forum zamanı 44 günlük Vətən Müharibəsində Sabunçu rayonundan Şəhid olan Fəxri Məmmədovun bacısı Fatimə Məmmədova qardaşının vətəninə olan sevgisindən, arzularından və döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı.
Forumun sonunda spikerlərimizə “Təşəkkürnamə” və hədiyyə paketi təqdim edildi. Artıq onların da Sabunçu Gənclər Evində hazırlanmış “Uğurun əl izi” guşəsində imza və əl izlərini görə bilərsiniz. 
Spikerlərin çıxışlarından sonra iştirakçılarla günün müsabiqəsi keçirildi və 3 qalib tərəfimizdən hədiyyələr qazandı.
Qeyd edək ki, “Zəfər” Gənclər Forumu Sabunçu Rayon İcra Hakimiyyəti , Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Keçidlər