Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev Asim Bəkir oğlunun ailəsi ilə görüş keçirildi
31 yanvar 2021 | 20:00
01.02.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev Asim Bəkir oğlunun ailəsini ziyarət etmişlər.
Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan A.Quliyevin ailə üzvlərinə səbr arzulayan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, Quliyev Asim Bəkir oğlu 02.03.1996-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmət dövründə Aprel döyüşlərində iştirak edən A.Quliyev Tərtər rayonu istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı və pulemyotçu kimi əzmlə vuruşaraq ayağından qəlpə yarası almışdır. 21.09.2020-ci il tarixdə yenidən könüllü olaraq hərbi xidmətə qayıtmışdır. Vətən müharibəsi zamanı pulemyotçu kimi Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edən A.Quliyev 12.10.2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!