Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Hüseynov Əkbər Bahadur oğlunun ailəsi ilə görüş keçirildi
31 yanvar 2021 | 20:00
01.02.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Hüseynov Əkbər Bahadur oğlunun ailəsini ziyarət etmişlər.
Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Hüseynovun ailə üzvlərinə səbr arzulayan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Tahir Hacıyev adına 252 saylı tam orta məktəbi bitirmişdir. İdmanla məşğul olan Ə.Hüseynov qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 15.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan Ə.Hüseynov xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə kiçik çavuş rütbəsi almış və son zamanlarda manqa komandiri olmuşdur.
Ə.Hüseynov Vətən müharibəsi zamanı 29.09.2020-ci il tarixdə Tərtər rayonu, Talış kəndi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!