“Zəfər” Gənclər Forumunun ikinci günü də uğurla başa çatdı
31 yanvar 2021 | 20:00
Onlayn platformada keçirilən forumun qonaqları Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev idi.
Forumun ikinci gününün spikerləri Gülməmməd Məmmədov- ADA Universitetinin “Mühəndislik və İnformasiya Texnologiyaları” fakültəsində assistant professor və Dağlıq Qarabağın Azərbaycanlı İcmasında sədr müavini; Gülsarə Qasımova- sosial və ekoloji aktiv gənc, Vətən müharibəsi zamanı yardım və dəstək kampaniyasının təşkilatçısı.
Canlı yayım müddətində iştirakçılar spikerlərə suallar ünvanlayıb onlara ətraflı cavablar aldılar.
Bununla yanaşı forum iştirakçısı olan gənc Xanım Cəbrayılova 44 günlük Vətən Müharibəsi zamanı keçirdiyi hislərdən, şəhid əmisi Cəbrayılov Baratdan söz açdı.
Forumun sonunda spikerlərimizə “Təşəkkürnamə” və hədiyyə paketi təqdim edildi. Artıq onların da Sabunçu Gənclər Evində yaradılmış “Uğurun əl izi” guşəsində imza və əl izlərini görə bilərsiniz.
Spikerlərin çıxışlarından sonra iştirakçılarla günün müsabiqəsi keçirildi və qalib olan iştirakçı tərəfimizdən hədiyyə qazandı.

Qeyd edək ki, “Zəfər” Gənclər Forumu Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə həyata keçirilir.