Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İbrahimov Müşfiq Nəbi oğlunun ailəsi ilə görüş keçirildi

02 fevral 2021 | 20:00
03.02.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İbrahimov Müşfiq Nəbi oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan M.İbrahimovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, İbrahimov Müşfiq Nəbi oğlu 11.01.1995-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dünyaya gəlmişdir. Sabunçu rayonu 69 saylı tam orta məktəbdə təhsil alan M.İbrahimov 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanaraq Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Cəsur döyüşçü” və “Füzulinin alınması uğrunda” medalları ilə təltif olunmuşdur.
 
Allah rəhmət eləsin!
 
Keçidlər