Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Zahirov Nazim Həmzə oğlunun ailəsi ilə görüş keçirildi

02 fevral 2021 | 20:00
03.02.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Zahirov Nazim Həmzə oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan N.Zahirovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, Zahirov Nazim Həmzə oğlu 25.06.2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirən N.Zahirov elə həmin ildə də Dövlət Dəmir Yol liseyinə qəbul olmuşdur. N.Zahirov 2019-cu ildə həmin liseyi bitirərək 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə yollanmış və Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
 
Allah rəhmət eləsin! 
 
Keçidlər