Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Abbas Salam oğlunun ailəsi ilə görüş keçirildi
08 fevral 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Abbas Salam oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan A.Əliyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, Əliyev Abbas Salam oğlu 09.01.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Sabunçu rayonu, Ramana qəsəbəsindəki R.Zorge adına 90 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və orta təhsilini burada başa çatdırmışdır. 2006-cı ildə hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerinə yetirən A.Əliyev Vətən müharibəsi zamanı döyüşlərə könüllü şəkildə qatılmış, Qubadlı, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan A.Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!