Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Adıgözəlov Cəmil Əli oğlunun ailəsi ilə görüş keçirildi

08 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Adıgözəlov Cəmil Əli oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan C.Adıgözəlovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Adıgözəlov Cəmil Əli oğlu 29.04.2002-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2019-cu ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanmışdır. Vətən müharibəsi zamanı Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan C.Adıgözəlov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
 
Allah rəhmət eləsin!
 
Keçidlər