Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qurbanov İmran İlqar oğlunun ailəsi ilə görüş keçirildi

08 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qurbanov İmran İlqar oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan İ.Qurbanovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Qurbanov İmran İlqar oğlu 23.05.1989-cu il tarixdə Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə Sabunçu rayonu, F.Tağıyev adına 72 saylı məktəb-liseyə qəbul olmuş, oranı bitirdikdən sonra isə 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olmuşdur. Daha sonra 2006-cı ildə Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olan İ.Qurbanov 2010-cu ildə Akademiyanı bitirərək Təlim Tədris Mərkəzinə daxil olmuşdur. İ.Qurbanov 2011-ci ildə leytenant hərbi rütbəsi alaraq Füzuli rayonunda tağım komandiri vəzifəsində xidmət etməyə başlamışdır.  9  il Füzuli rayonunda xidməti nəticəsində kapitan rütbəsinə kimi yüksəlmişdir. Dəfələrlə yüksək xidmətlərinə görə Müdafiə Nazirliyinin müvafiq əmri ilə müxtəlif medal, fəxri fərmanlar və döş nişanları ilə təltif olunmuşdur.  Vətən Müharibəsi başlayan ilk gündən ön cəbhədə qəhrəmancasına mübarizə aparan İ.Qurbanov şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!
 
Keçidlər