Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Əmirulla Vahid oğlunun ailəsi ilə görüş keçirildi
08 fevral 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Əmirulla Vahid oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Əliyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Əliyev Əmirulla Vahid oğlu 7 oktyabr 1996-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. 2005-ci ildə Sabunçu rayonu, 67 saylı tam orta məktəbə daxil olmuş, 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2011-ci ildə Bakı şəhəri, C.Naxçıvanski adına olan hərbi liseyə daxil olmuşdur. 2014-cü ildə isə müvəffəqiyyətlə imtahan verərək Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və həmin ilin dekabr ayında öz Vətəninə olan sevgisi barədə kitab dərc etmişdir. İmtahanlarını müvəffəqiyyətlə başa vuran Ə.Əliyev 2018-ci ildə leytenant rütbəsi almışdır. Vətən Müharibəsi başlayan ilk gündən ön cəbhədə qəhrəmancasına mübarizə aparan Ə.Əliyev şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!