Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 192 saylı tam orta məktəbdə "Zəfər tarixi" muzeyi yaradılmış

11 fevral 2021 | 20:00
   Sabunçu rayonu, Zabrat qəsəbəsində  yerləşən 192 Saylı Tam Orta Məktəbdə günün aktual məsələsini özündə əks etdirən, şagirdlərdə vətənpərvər ruh oyadan təqdirəlayiq addım atılmış, maraqlı, kreativ bir ideya reallaşdırılmışdır
  Məktəbdə "Zəfər tarixi" muzeyi yaradılmış, dövlətimizin imza atdığı böyük qələbəni özündə əks etdirən eksponatlar sərgilənmişdir. Muzeyin gənc nəsil üçün maarifləndirici əhəmiyyəti böyükdür. Məktəbin Vətən müharibəsində şəhid olmuş məzunlarının fotoportreti və eləcə də torpaqlarımız uğrunda qəhrəmanlıqla vuruşmuş digər igidlərimizin fotoları muzeydə yer almışdır. Şagirdlərin bu vətən oğullarını tanıması, onların həyat hekayəsini, qəhrəmanlıq tarixini öyrənməsinin gənc nəslin vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. Qarabağın gözü olan Şuşa qalasının və Xudafərin körpüsünün şagirdlər tərəfindən hazırlanmış modelləri də muzeydə nümayiş etdirilir. Miqyası kiçik olsa da mənəvi və öyrədici əhəmiyyəti böyük olan bu muzeyin yaradılmasının əsas məqsədi Azərbaycan xalqının yaşadığı böyük zəfəri əbədiləşdirməkdir.
Keçidlər