Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Tahir Mahir oğlunun ailəsi ilə görüş keçirildi
14 fevral 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Tahir Mahir oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan T.Əliyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Əliyev Tahir Mahir oğlu 20 iyul 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 293 saylı tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmət etdiyi hərbi hissədən döyüşlərdə iştirak üçün könüllü yazılan T.Əliyev Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 30 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!