Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Piriyev Raul Zabid oğlunun ailəsi ilə görüş keçirildi

16 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Piriyev Raul Zabid oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan R.Piriyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
   Qeyd edək ki, Piriyev Raul Zabid oğlu 04 iyun 1997-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinfinə qəbul olan R.Piriyev 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinfinə qəbul olmuşdur. 2015-ci ildə orta məktəbi bitirərək AzTU-nun Dəmir Yol Nəqliyyatı və Təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olunmuş və  2019-cu ildə təhsilini başa vurmuşdur. Elə həmin ildə də həqiqi hərbi xidmətə çağrılan R.Piriyev ilk olaraq Ağcabədidə xidmət etmiş, daha sonra Cəlilabad Göytəpə taborunda xüsusi təyinatlı kimi fəaliyyətini davam etdirmişdir.
Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulan R.Piriyev Murovdağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “İgidliyə görə” və  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
 
Keçidlər