Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Tağıyev Kamran Fikrət oğlunun ailəsi ilə görüş keçirildi

16 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Tağıyev Kamran Fikrət oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan K.Tağıyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Tağıyev Kamran Fikrət oğlu 27.09.2001-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. 30.05.2017-ci il tarixdə Maştağa qəsəbəsi, C.Nurməmmədov adına 108 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 02.10.2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağrılan K.Tağıyev Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olmuşdur. Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan K.Tağıyev 31.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
 
Allah rəhmət eləsin!
 
Keçidlər