Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısı “COVID-19” əleyhinə peyvənd olundu

26 mart 2021 | 20:00
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
  Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
  27 mart 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev “COVID-19” əleyhinə 2-ci dəfə peyvənd olundu.
  Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən COVID-19 xəstəliyi əleyhinə mübarizə çərçivəsində əhali arasında maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir.
Keçidlər