Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev İlkin Rəfail oğlunun doğum günündə ailəsi ilə görüş keçirildi
14 aprel 2021 | 20:00
15 aprel 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Ağamalı Səfərov və Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quliyev İlkin Rəfail oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan İ.Quliyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı. 2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-də şəhid olmuşdur. Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!