Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədov Əlihüseyn Elşad oğlunun ailəsi ilə görüş keçirildi

19 aprel 2021 | 20:00
   20 aprel 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədov Əlihüseyn Elşad oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   R.Fərəcova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Məmmədovun ailə üzvlərinə başsağlığı verərək son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
   Qeyd edək ki, Məmmədov Əlihüseyn Elşad oğlu 24 yanvar 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2015-ci ildə Şəki şəhəri 18 saylı məktəbi bitirmişdir. 2016-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsinə daxil olan Ə.Məmmədov 2020-ci ildə həmin fakültəni bitirib istilik energetikası mühəndisliyi ixtisasına yiyələnmişdir. 2020-ci il iyul ayının 7-də hərbi xidmətə yollanan Ə.Məmmədov qısa müddət ərzində orada da nizam-intizamı ilə fərqlənmişdir.
   Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən Ə.Məmmədov oktyabrın 9-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.
 
   Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!
 
Keçidlər