Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” adlı qanvermə aksiyası keçirildi
20 aprel 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu Rayon Təşkilatı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 21.04.2021-ci il tarixdə YAP Sabunçu Rayon Təşkilatının inzibati binasında akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qanvermə aksiyası keçirildi.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatı, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonda fəaliyyət göstərən təhsil müəssisələri, xidmət səhələri, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Sabunçu Gənclər Evi, 4 saylı Bakı ASAN Xidmət Mərkəzi və YAP Sabunçu Rayon Təşkilatının üzvləri olmaqla ümumilikdə 300-dən çox insan könüllü iştirak etmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bu mühüm aksiyanın uğurla təşkil olunması üçün yaradılan şəraitlə tanış olaraq qanvermə aksiyasında könüllü iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1873071746189120